main-post-cover

    Galaxy Note 7 ortaya çıxdı! Detallar xəbərimizdə

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung-un növbəti flaqman modeli Galaxy Note 7 haqqında məlumatlar gəlməyə davam edir. Bu dəfə Galaxy Note 7-nin media görüntüləri və rəng seçimləri sızıb.

    Samsung-un Note 5 modelindən Note 7-ə birbaşa keçid etməsi bizə Windows 8-dən birbaşa Windows 10-a keçid edən Microsoft-u xatırlatıdı. Lakin Samsung-un bununla bağlı tutarlı səbəbi var. Belə ki, istehsalçı sırf istehsal etdiyi Galaxy modellərinin serialarını paralel aparsın deyə bu addımı atıb. Galaxy S7, Galaxy S7 Edge və Note 7. Yəni, buradan başa düşmək olar ki, Samsung rəqəmləri paralel aparır.
     
    Son zamanlar haqqında məlumatlar sürətlə gəlməyə başlayan Note 7-nin təqdim olunmasına çox az bir müddət qalıb. Bu dəfə yayılan görüntülər arasında Note 7-nin media şəkilləri və rəngləri yer alıb. İnternet dünyasında sızıntıları ilə məşhur simaya çevrilən Evan Blass bu görüntüləri "twitter" hesabı üzərindən yayımlayıb. Yerləşdirilən şəkildən aydın olur ki, Galaxy Note 7 bu dəfə Black Onyx, Silver Titanium və Blue Coral olmaqla 3 rəng seçimində təqdim olunacaq. Bir çox istifadəçilərin sevərək əldə etdiyi Gold rəng seçimi isə yayımlanan görüntülərdə yer almır. Bundan əlavə digər mənbələrdə yer alan məlumatlara əsasən bu il Samsung-un "Rose Gold" rəngli Note 7-ni təqdim etməsi gözlənilsə də deyəsən bu rəng satışa çıxmayacaq.



    Evan Blass-ın paylaşdığı digər məlumatlara görə isə Galaxy Note 7 modeli 5.7 düyümlük QHD keyfiyyətində ekrana sahib olacaq. Ənənəvi olaraq isə ekran Super AMOLED olacaq. 64 GB daxili yaddaş seçimi ilə satışa çıxacağı təxmin edilən bu modelin SD kart dəstəyinin olacağı da istisna edilmir. Cihazda barmaq izi oxuyucu sensorla yanaşı, IP68 sertifakatı da olacaq. Beləcə, Galaxy Note 7 suya və toza davamlı olacaq. 5 MP ön, 12 MP arxa kamera isə bu model üçün normal görünür. Artıq bütün detalları ortaya çıxan Samsung Galaxy Note 7 avqust ayında baş tutan konfransda təqdim olunacaq.
    Linki kopyala