main-post-cover

    Samsung Galaxy Note 7-nin əsas problemləri hansılardır?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Müxtəlif cihazların təmiri ilə məşqul olan "iFixit” saytının mütəxəssisləri Galaxy Note 7 smartfonunu hissələrə ayıraraq onun təmirolunma səviyyəsini yoxlayıblar. Məlum olub ki, smartfonu təmir etmək o qədər də asan iş deyil.

    Mütəxəssislər smartfonu hissələrə ayıraraq 3 əsas problemi aşkar ediblər.
    Smartfonun arxa şüşə paneli dözümlü yapışqan ilə korpusa bərkidilmişdir. Smartfona xəsarət vermədən onu ayırmaq və cihazın daxili detallarına nəzər salmaq çox çətindir
    Yapışdırılmış qapağa görə smartfonun batareyasını dəyişmək asan deyil
    Smartfonun bükülmüş kənar şüşələrini sensordan matrisanı ayırmaqla dəyişmək çox güman ki, mümkün olmayacaq. Belə ki, bükülü kənar şüşələr elastik detalları zədələyə bilər.
    Lakin Galaxy S7 ilə müqayisədə Galaxy Note 7 asan təmir olunur.
    - Dəyişilmiş aralıq kabel sxemi cihazın ekranına tounmadan enerji yığma girişinin platasını çıxartmağa imkan verir
    Batareyanı ana platanı çıxartmadan ayırmaq olar
    microUSB girişin dəyişilməsi üçün də həmçinin ana plataya toxunmağa ehtiyac yoxdur.
    Bundan əlavə olaraq JerryRigEverything adlı videoblogger cihazın ekranını qoruyan Gorilla Glass 5 şüşəsinin necə asanlıqla cızıldığını çəkdiyi videoda göstərib.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər