
Samsung Galaxy Note 7-nin texniki göstəriciləri internetə sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Çinin Weibo adlı sosial şəbəkəsində Samsung Galaxy Note
7-nin rəsmi texniki göstəriciləri sızdırılıb. Sözügedən göstəricilərin doğruluğu təsdiq
olunub. Samsung Galaxy Note 7 fableti 2K görüntülü 5.7 inç Super AMOLED ekranla
təchiz olunacaq. Yeni fabletin iki versiyası istehsal olunacaq. Onlardan biri 2.3 GHz
tezlikli Snapdragon 821 prosessoru, digəri isə 2.6-2.7 GHz tezlikli Exynos 8 Octa
8893 prosessoru ilə təmin olunacaq. Bundan əlavə olaraq o 6 GB-lıq RAM-a və 64
GB-lıq daxili yaddaşa sahib olacaq. Həmçinin fabletin 128 və 256 GB-lıq (üstəgəl
microSD dəstəkli) versiyaları da satışa çıxacaq. Samsung Galaxy Note 7-nin arxa
kamerası 12 MP, ön kamerası isə 5 MP olacaq. Enerji tutumuna gəldikdə isə
fablet 4000 mAh-lıq batareya ilə təchiz ediləcək. Cihaz Android 6.0 əməliyyat
sistemi üzərində çalışacaq. Galaxy Note 7 də daha öncəki smartfonlardakı kimi
sukeçirməz korpusla yanaşı USB Type-C portuna, yenilənmiş S-Pen-ə və Samsung
Pay dəstəklənməsinə sahib olacaq.

Linki kopyala
Həftənin xəbərləri

