main-post-cover

    Samsung Galaxy s6-nın iPhone 6s-dən üstün olduğu 8 məqam.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hamımıza məlumdur ki, ötən günlərdə Apple firması özünün flaqman modellərini təqdim etdi. Söhbət iPhone 6s6s plus modellərindən gedir. Konfransda smartfonların göstəriciləri ilə mütəxəssislər bizi yaxından tanış etdi. İzləyicilərimiz üçün maraqlıdır , Samsungun flaqman modeli olan Galaxy S6 ilə iPhone 6s arasında hansı fəqlər mövcuddur. Qısacası Samsung S6 yoxsa iPhone 6s? Xatırladaqki biz Samsung S6-nı iPhone 6s-lə müqayisə edəcəyik.

    1.Ekran
    Ekran mövzusunda Samsung s6 rəqibini böyük ölçüdə arxada qoymağı bacarır. Beləki Galaxy S6 5.1 inçlik Super Amoled Quad HD ekrana sahibdir. Qarşılığında iPhone 6s isə 750x1334 olçülərində olan ekranı özündə birləşdirir. Bir nüansıda qeyd etmək lazımdır ki, Samsungun bu cür ekrana sahib olması iPhone nisbətdə daha çox enerji sərfiyyatı deməkdir.

    2. Ekrana görə gövdə istifadəsi
    5.1 inçlik ekrana sahib olan Galaxy s6 modelini istehsal edən mütəxəssislər telefonun gövdəsindən səmərəli istifadə etməyi bacarıblar. Beləki gövdənin 70.48%-in ekran tutur. iPhone-da isə bu göstərici aşağıdır. (65.71%)

    3.Ağırlıq
    iPhone 6s modeli indiyə qədər istehsal olunan ən ağır iPhone-dur. 143 qr göstərici ilə tərəzində Smasung galaxy s6-dan ağırdır. s6 138 qram çəkiyə sahibdir. 

    4.Daha geniş kamera
    Samsungun arxasında 16 meqapixellik kamera daşıyır qarşılığında isə iPhone 6s-də 12 meqapixellik kamera mövcuddur. Lakin hər şey meqapixellə ölçülmür. Texnik olaraq nəzər saldıqda isə yenədə Samsung Galaxy S6-nın kamera mövzusunda iPhone 6s-dən yaxşı olduğunu görə bilərik.

    5.Daha yaxşı diyafraqma.
    Əvvəla qeyd edimki diafraqma ölçüsündə F-in yanında yazılan rəqəm nə qədər kiçik olduqda pixellərə daha çox işiq verilir. Bu mövzuda Samsung Galaxy s6 F1.9 diafraqmalı lensə sahibdir. iPhone-da isə bu göstərici F2.2-dir.

    6.Optik sabitləyici
    iPhone 6s plus modelindən fərqli olaraq təəssüflə deyə bilərik ki, iPhone 6s modelində optik sabitləyici yoxdur. Rəqib Samsung Galaxy s6 modelində isə bu nüans nəzərə alınıb kamera optik sabitləyici ilə təchiz olubdur.

    7.Daha güclü batareya
    Günümüzün ən böyük problemlərindən biri batareya problemidir. Apple iPhone 6s modelində 1715 mAh dəyərində batareya istifadə etmişdir. Benchmark testlərində telefon 5 saat 22 dəqiqə enerji saxlayır. Galaxy S6 isə daha böyük gövdəyə sahib olmasının üstünlüyündən istifadə edərək daha güclü batareyanı arxasında daşıyır. Batareya gücü tam olaraq 2250 mAh-dır. Benchmark testləri telefonun 7 saat 14 dəqiqə enerji saxlama qabiliyyətinin olduğun göstərir.

    8.Simsiz Şarj
    Samsungun özəl xüsusiyyətlərindən olan kabelsiz enerji toplama təəssüfki iphone modelindı yoxdur. Buda Samsungun iPhonedan üstün olduğunu göstərən daha bir məqamdır.

    mənbə: webtekno.com


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər