main-post-cover

    Samsung Galaxy S7 ilə bağlı görüntülü iddialar ortaya atıldı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung’un 2016’nın ilk rübündə rəsmən tanıdacağı Galaxy S7’ə dair indiyə qədər çox iddia ortaya atılıb. Amma bu gün ilk dəfə bu telefonla bağlı faktlara əsaslanaraq bəzi iddialar səsləndirilib. Bundan əvvəlki flaqman modellər kimi bu dəfə də telefon haqqında məlumatlar mobil aksesuar şirkətlərindən gəldi.
    Aksesuar istehsalçısı ITSkins tərəfindən yayımlanan görüntülərdə Galaxy S7 və Galaxy S7 Plus modellərinə də yer verildi. Telefonların son dizaynı, ölçüləri və 3D rəsmlərinin olduğu görüntülər Galaxy S7 və Galaxy S7 Plus’ın dizaynı demək olar ki, Galaxy S6’dan fərqli deyil. Keçən günlərdə məhz bu sayt iki telefon arasında böyük dizayn fərqinin olmayacağını açıqlamışdı.
    1449508486_gsmarena002.jpg

    Galaxy S7’nin ölçüləri 143,37 x 70,8 x 6,94 mm şəklində olacaq. Yeni nəsil ağıllı telefon ölçüləri demək olar ki, sələfi Galaxy S6 (143.4 x 70.5 x 6.8 mm) ilə eyni görünür. Bu da Galaxy S7’də 5.1 düymlük ekranın istifadə olunacağını göstərir. Dizaynla bağlı fərqli cəhət isə home tuşudur. Galaxy S7’də sələflərindən fərqli olaraq düzbucaq bir tuş istifadə olunacaq.
    Galaxy S7 Plus isə 163,32 x 82,01 x 7.82 mm ölçülərində olacaq. Galaxy S7 Plus modelində 6 düymlük ekran istifadə olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər