main-post-cover

    Samsung Galaxy S7-nin qiyməti və təqdimat tarixi bəlli oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Çinin China Mobile şirkəti bu yaxınlarda keçirdiyi konfransların birində Samsung-un Galaxy S7 modelinin çıxış tarixini göstərib. İllik satış sıralama slaydının mart ayı bölməsinə Galaxy S7 modelini də əlavə edən şirkət bu yolla telefonun mart ayında təqdim olunacağını təstiqləmiş olub.
     
     
     
    China Mobile Samsung-la çox yaxın əlaqələri olan bir şirkət olduğundan artıq cihazın təqdimat tarixinin dəqiqləşmiş olduğunu deyə bilərik. Bununla yanaşı telefonun qiymətini də açıqlayan şirkət S7-nin qiymətinin 3000 yuandan baha olacağını yəni, təxminən 470 dollara satılacağını bildirib.
     
    Teleofonun texniki parametrlərinə gəldikdə isə Snapdragoon 820, C tipli yeni USB girişi və ClearForce adlı Apple 3D touch texnologiyasına oxşar yeniliklərə sahib olan telefon Galaxy S7, S7 Edge, S7 Edge Plus və S7 Plus adlı dörd fərqli modeldə satılacaq.
     

    Linki kopyala