Galaxy S7 və LG G5-in bazara çıxmağına az qalıb. Bu telefonların texniki göstəriciləri təxminən hamıya bəlli olsa da hələ də digər maraqlı xüsusiyyətlərdən xəbər yoxdur. Amma bu telefonlar hələki bazarda olmadıqlarından biz yeni flaqmanlarda mütləq olmağını istədiyimiz xüsusiyyətləri qeyd etdik.
1. Metal korpus
Artıq hər telefonda 8 nüvəli çox sürətli prosessorlar və böyük ölçülü kameralar var amma hər telefon stolun üstündə Htc One M seriyası və ya iPhone 6 kimi görünmür. Hər nə qədər Samsung yeni generasiya ilə dizayna daha çox önəm verdiyini göstərsə də yenə çatışmayan cəhətlər mövcuddur. LG-nin son G modeli isə tamamilə plastik korpusa sahib olduğundan gözəl dizayn cizgiləri o qədər də gözə xoş görünmürdü.
2. Barmaq izi sensoru
Bəziləri telefonun kilidini açmaq üçün, bəziləri isə ödəmələri sürətləndirmək üçün barmaq izi sensorlarından istifadə edir. Amma səbəb nə olur olsun bu xüsusiyyət çox sürətli və təhlükəsiz olduğundan flaqman model smartfonda mütləq olmalıdır. Galaxy S6 və S5-də olduğu kimi S7-də də barmaq izi sensoru olacaq amma G5-də də bu xüsusiyyətin olması mütləqdir.
3. USB Type-C girişi
Bu gün əksər smartfonlarda istifadə olunan USB girişlərinə kabeli ilk dəfədən taxmaq mümkün deyil. Həmişə kabelin başlığını iki dəfə çevirib sonra taxmaq mümkün olur. Amma USB Type-C-də belə bir problem yoxdur. Əlbəttə bu Type-C-nin yeganə üstünlüyü deyil. Bu giriş həm daha sürətlidir, həm də sürətli batareya doldurmaq xüsusiyyəti ilə istifadəçilərin vaxtlarına qənaət edir. Bu xüsusiyyət smartfonların üzərində gələn tətbiqetmə ilə aktiv olur və həm G5 də həm də S7-də bu xüsusiyyətin olacağı qeyri-rəsmi mənbələr tərəfindən də olsa təstiqlənib.
Şərh yoxdur