Samsung\'un yeni üst səviyyə telefonu olan Galaxy S7 haqqında məlumatlar gəlməkdə davam edir.
İstifadəçilərin həvəslə gözlədiyi Samsung\'un yeni flaqman modeli olan Galaxy S7\'nin təqdimatı Fevral ayının 22-25 tarixlərində Barselonada təşkil olunan mobil dünya konfransında mümkün olacağı keçən ilin sonlarında dəqiqləşmişdi. Təqdimata az bir müddət qalmış mobil telefon dünyasında əvvəlcədən sızıntılar etməklə məşhurlaşan Evan Blass bu dəfə Twitter üzərindən Samsung Galaxy S7\'nin satış tarixini açıqladı. Evan Blass\'ın verdiyi açıqlamaya görə fevral ayında Barselonada təqdim olunan Galaxy S7 mart ayının 11-dən etibarən ABŞ-da daha sonra qısa müddət ərzində digər ölkələrdə də satışa çıxacaq.
Samsung Galaxy S7 haqqında çıxan ilkin məlumatlara görə 5.1 düyümlük QHD ekrana sahib olan bu cihazda, çipset olaraq Snapdragon 820 və yaxud Samsungun öz istehsalı olan Exynos 8890 yer alacaq. Minumum 64 GB daxili yaddaşa sahib olacaq telefonun 4 GB RAM-ı və 20 MP dəyərində arxa kamerası olacaq. Galaxy S7\'nin qardaşı olaraq təqdim olunacaq Galaxy S7 Edge modeli isə S7 ilə eyni texniki xüsusiyyətlərə sahib olmaqla yanaşı 5.5 düyümlük qövsvari ekrana da sahib olacaq.
Şərh yoxdur