main-post-cover

    Samsung Galaxy S7’nin yeni videoları yayımlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Yeni videolar Galaxy S7 ve Galaxy S7 Edge’in vacib xüsusiyyətlərinə diqqət çəkir.

    Samsung şirkəti 21 fevralda təşkil etdiyi tədbirdə Galaxy S7 ve Galaxy S7 Edge modellerinin təqdimatını etmişdi. Android platformasında ən çox satış edən şirkət olan Samsung, hər iki modeli üçün yeni videolar yayımlamağa devam edir.
     


    Videolardan biri, ağıllı telefonların suya dayanıqlı olmasından bəhs edir. Hovuza salınan ya da yağış damcıları ilə islanan Galaxy S7 və ya Galaxy S7 Edge, bu vəziyyətdə heç bir problemlə üzləşmir. Yaxın günlərdə bütün dünyada satışa çıxarılması planlanan bu modellər, IP68 sertifikatına sahibdir, ona görə də bu videoda suya və toza qarşı dayanıqlı olduğu vurğulanır.
     


    Digər video isə hər iki ağıllı telefonun kamera performansına diqqət çəkir. 12 MP-lik arxa kamera ilə təchiz olunan Samsung’un yeni modelləri, zəif işıqda tam performans göstərmək üçün f/1.7 diafraqma açıqlığına malikdir.
     
     
    Linki kopyala