Samsung Galaxy S8 haqqında yeni məlumatlar

08.05.2017 0 PAYLAŞIM 5929 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Çin mənbələrinin məlumatlarına əsasən "Samsung” şirkəti Galaxy S8-in dizaynını tamamlayıb.

Onların bildirdiklərinə görə artıq yeni model smartfonun prototipləri, şirkətin baş menecerlərində var. Həmin prototiplərin təsvirlərinə əsasən isə Galaxy S8, fiziki "Home” düyməsindən məhrum olub. Əgər bu doğrudursa onda Galaxy S8, Galaxy seriyasının ilk "Home” düyməsiz modeli olacaq. Bundan əlavə olaraq bildirilib ki, ikili arxa kamera yalnız Galaxy S8 Plus modelində olacaq. Sadə Galaxy S8 isə yalnız bir arxa kamera ilə təchiz olunacaq. Galaxy S8-in 5.7 inç ekrana, Galaxy S8 Plus-ın isə 6.2 inç ekran ilə təqdim olunacağı qeyd edilib. Qeyd etmək lazımdır ki, hələ keçən ilin Noyabr ayında sözügedən seriyanın iki versiya model ilə təqdim olunacağı barədə şaiyələr yayılmışdı. Güman olunur ki, 6.2 inç ekranlı model tamamilə çərçivəsiz, 5.7 inç ekranlı model isə hər iki kənarı əyilmiş formada olacaq. Hər iki modelin bu ilin Aprel ayında təqdim olunması gözlənilir.