Samsung Galaxy S8-i almamaq üçün 5 səbəb

Samsung Galaxy S8-i almamaq üçün 5 səbəb

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Keçən həftə Nyu York-da "Samsung” şirkətinin Galaxy S8Galaxy S8 Plus smartfonlarını təqdim etdiyi tədbir keçirildi. Hal-hazırda şirkət, sözügedən cihazların ön sifarişlərini qəbul edir. Yeni Galaxy modelləri həqiqətən də maraqlı alınıblar. Lakin onların bir neçə mənfi özəllikləri var.

Partlayan batareyalar:


İnsanlar Galaxy Note 7 ilə baş vermiş partlama hadisələrini fərqli şəkildə qarşıladılar. Onlardan bəziləri "Samsung” cihazlarından tamamilə imtina etdilər, bəziləri isə şirkətə ikinci şansı verməyə razı oldular. Bununla yanaşı əsas fakt ondan ibarətdir ki, "Samsung” yeganə böyük şirkətdir ki, batareyalar ilə baş vermiş nasazlıq səbəbindən bütün smartfon partiyasını geri çağırdı. Galaxy Note 7-də baş vermiş qızma və partlama şikayətlərindən sonra şirkət tez bir zamanda bu hadisələrə reaksiya bildirərək düzgün addımlar atdı və alıcılardan dəfələrlər üzr istədi. Həmçinin onlar qeyd etmişdilər ki, bundan sonra öz cihazlarında batareyaları daha diqqətli şəkildə yoxlanışdan keçirəcəklər. "Samsung”a inanıb-inanmamaq isə hər bir istifadəçinin öz seçimidir.

Fotolarda peyda olan barmaq izləri:

Fiziki "Homedüyməsindən imtina etmək, yeni Galaxy smartfonlarının çərçivəsiz olmalarına imkan yaratdı. Lakin bu cür qərarın bir böyük mənfi cəhəti var. Belə ki, barmaq izi skanı arxa kameranın yanında yerləşir. Bəlkədə "LG” şirkətinin son smartfon istifadəçiləri bir neçə dəfə foto çəkməmişdən öncə kameranı təmizləməli olublar. "Samsung” şirkəti isə "LG”dən fərqli olaraq barmaq izi skanını ayrı bir özəllik kimi etdi və ona smartfonu yandırıb/söndürmə funksiyasını əlavə etmədi. Lakin buna baxmayaraq barmaq izi skanının yerinin düzgün olub-olmaması barədə uzun müddət müzakirə aparmaq olar. Ən məqsədəuyğun qərar, barmaq izi skanını, kameradan bir qədər aralıda yerləşdirmək olardı.

İncə korpus:

Galaxy S8-in dizayn baxımından ən eleqant smartfonlarından biri olduğuna şübhə etmək olmaz. İndi isə bu smartfonun yerə düşən zaman düşdüyü vəziyyəti görən istifadəçinin emosional halını fikirləşin. Əgər yadınızdadırsa iPhone 4-ün asanlıqla sınması barədə nə qədər şikayətlər olurdu. O zaman "Apple” bu problemin həllini alüminium korpuslarda gördü. Galaxy S8-in korpusunun təhlükəsizliyini yalnız qoruyucu şüşə təmin edə bilər. Lakin belə bir qoruyucu şüşəni tapmaq bir qədər çətindir. Bu halda iki variantdan birini seçmək qalır. Ya isitifadəçi öz smartfonu üçün ayrıca keys almalıdır, yada ki, ondan çox diqqətli şəkildə istifadə etməlidir.

TouchWiz özəlliyi daha da təkmilləşdirilib. Lakin ideal Android-ə hələ çox var:

"Samsung” həmişə öz smartfonlarına maraqlı proqram özəllikləri əlavə edirdi. Galaxy S8 və Galaxy S8 Plus istisna deyillər. Bu il maraqlı özəlliklər arasında Bixby adlı səsli köməkçi və bir neçə maraqlı proqram funksiyalarıdır. Maraqlısı ondadır ki, yeni smartfonların təqdim olunduğu Galaxy Unpacked tədbirində ümumiyyətlə TouchWiz sözündən istifadə olunmadı. Bu termini ilk dəfə eşidənlər üçün demək olar ki, bu, Android-in ara üzüdür. Yəni bir növ sistem təminatının dizaynı rolunu oynayır. Hər bir şirkətin bu cür özəlliyinin öz adı var. Məsələn "HTC” şirkətində bu özəllik Sense adlanır. "Samsung” şirkəti isə TouchWiz-i, Android-in üzərinə yerləşdirir. Təbii ki, Galaxy S8-də  TouchWiz yaxşı şəkildə təkmilləşdirilib. Lakin Pixel modeli smartfonlardakı kimi təmiz Android-i gözləmək lazım deyil.

iPhone 8-in gəlişi:

iPhone 7, yüksək texniki göstəricilərə və təhlükəsiz proqram platformasına sahib smartfondur. Bu ilin Sentyabr ayında isə çox gözlənilən iPhone 8 təqdim olunacaq. "Apple” şirkətindən əlavə digər istehsalçıların smartfonlarını da seçmək olar. Misal olaraq LG G6-nı göstərmək olar. "HTC” öz Ultra modeli ilə uğur qazanmasa da, qabaqdan HTC 11 gəlir. Çin şirkətləri isə daha ucuz qiymətə yaxşı texniki göstəricilərə sahib smartfonlar təqdim edirlər. Bir söznən Galaxy S8 yeganə seçiləcək smartfon deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×