main-post-cover

    Samsung Galaxy S8-in fotosu Evan Blass tərəfindən internetə sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Əslində bu görüntünü bir ay əvvəl görəcəyimizi düşünürdük. Bu foto, hələ rəsmi şəkildə təqdim olunmamış telefonların görüntülərinin internetə sızdırılması ilə məşğul olan, məşhur Twitter istifadəçisi Evan Blass tərəfindən yayılıb.

    Bu fotoda yenidən dizayn olunmuş Galaxy telefonu görünür. Fiziki düymələri yoxdur və yenə də Galaxy S7 Edge-dəki kimi bükülən kənarlara sahibdir. Ön çərçivə, əvvəlki modellərdən daha kiçik olub, cihazın yuxarı və aşağı hissəsində daha az yer əhatə edir. 
    Sızıntıda proqram təminatı və cihazın gövdəsi haqqında əlavə heç bir məlumat verilməyib. Ancaq narahat olmağa dəyməz, çünki cihazın rəsmi formada təqdim edilməsinə hələ təxminən bir ay vaxt qalıb. Başqa məlumatların da sızdırılması üçün hələ çox vaxt var.
    İndiki vəziyyətdə "Samsung" çətin bir dövrdədir və bu sızıntının da zamanlanması olduqca qəribə hesab oluna bilər. Bugün, dünyanın ən böyük mobil telefon sərgisi olan Mobile World Congress-in son günü idi. Bu konfrans adətən "Samsung"-un üç Galaxy telefonunu açıqladığı konfransdır. Ancaq bu il sadəcə iki planşet təqdim etdi və Mart ayının sonlarında S8 üçün NYC-də tədbir təşkil edəcəyini açıqladı.
    MWC 2017 hələ də olduqca keyfiyyətli nümayiş idi, ancaq ümumilikdə "Samsung"un yaratdığı həyəcan əskik idi.
    Bu sızıntı ilə "Samsung" yenidən xəbərlər siyahısında üst pillələrə geri qayıdır və yenidən "Nokia", "BlackBerry", "LG" kimi öz telefonları ilə sıçrayışa keçən digər modellər sırasına daxil olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər