Samsung Galaxy S8 telefonu 3D Touch xüsusiyyətinə sahib olacaq

08.05.2017 0 PAYLAŞIM 5383 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Samsung-un yeni ildən etibarən istifadəçilərə təqdim etməyə hazırlaşdığı Galaxy S8 telefonu haqqında məlumatlar gəlməyə davam edir. Yeni iddiaya görə naviqasiya düymələri 3D Touch-a bənzər funksiya daşıyacaq.

David Ruddock adlı Android Police-i redaktoru bu iddianı təstiqləyib. Bundan əlavə Bloomberg də Samsung-un bundan sonra tanıdılacaq bütün ağıllı telefonlarında virtual ana ekran düyməsinin olacağını bildirmişdi.


Davida görə, şirkət 3D Touch-ın funksiyasını daşıyacaq naviqasiya düymələrinə keçid edəcək. Bu da Samsung-un təyziqə davamlı bir ekran istifadə edəcəyinə işarə edir. Ruddock barmaq izi sensorunun cihazın ön hissəsində olmayacağını iddia edir, çünki yeni yeri haqqında məlumat verilməyib. Synaptics, qısa zaman əvvəl ağıllı telefonlar üçün ilk optik barmaq izi sensorunu təqdim etmişdi. Bu texnologiyanın Galaxy S8-də istifadə olunacağı ehtimal olunur.