main-post-cover

    Samsung Galaxy S8 telefonunda ön kamera fərqli olacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung Galaxy S8 haqqında xəbərlər bir çoxlarının marağını cəlb etməkdədir. Buna görə də Samsung bu modelə müəyyən yeniliklər etmək niyyətindədir. Yeni modelin ön kamerası nadir xüsusiyyətə malik olacaq.

    "Samsung"un istifadəçilərə təqdim etdiyi ağıllı telefonlar bir sıra xüsusiyyətləri ilə hər zaman diqqət çəkib. Bu xüsusiliklər arasında cihazın ön kamerası ilə bağlı məsələlər azlıq təşkil edir. Amma Galaxy S8 üçün bu yenilik artıq istifadəçiləri sevindirə bilər. Çünki Galaxy S8-in ön kamerası digərlərindən fərqli olacaq.

    ETNews-un verdiyi məlumata görə Samsung şirkəti 2017-ci ildə təqdim edəcəyi Galaxy S8 telefonunda ön kamerada avtofokus xüsusiyyəti istifadə edəcək. Koreya mediası bu xüsusiyyəti ilk adlandırmayıb. Səbəb isə avtofokusun daha əvvəllər də ağıllı telefonlarda nadir də olsa istifadə olunmasıdır.
    Avtofokusun ön kamerada yer alması fotoların daha da şəffaf çıxmasına şərait yaradacaq, amma bu xüsusiyyət çərçivə içərisində müxtəlif məsafələrdə yer alacaq.
    Hal-hazırda selfi sevərlərin çoxluq təşkil etməsi gələcəkdə ön kamerada belə xüsusiyyətlərin yer almasına şərait yarada bilər.
    Linki kopyala