main-post-cover

    "Samsung", Galaxy S9-un hazırlanmasına start verib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Galaxy S8 və Galaxy S8+ smartfonlarının təqdimatından çox az müddət keçib.

    Sözügedən smartfonlar hələ rəsmi olaraq satışa belə çıxmayıblar. Lakin Cənubi Koreyanın bir sıra KİV-lərinin verdikləri məlumatlara görə "Samsung” şirkəti artıq yeni model olacaq Galaxy S9-un yaradılması üzrə işlərə start verib. Məlumata əsasən Galaxy S9-un ekran panelləri üzərində işlər keçən aydan bəri gedir. Əgər bu məlumat düzdürsə, onda şirkət yeni smartfonun hazırlanmasına yarım il tez başlayıb. Hal-hazırda şirkətin əsas şöbəsi, yeni smartfonda olacaq vacib elementlər üzərində çalışır. Əsasən diqqət, əkrana yönəldilib. Məlumata əsasən Galaxy S9-da ekran, ön paneldə daha böyük hissəni əhatə edəcək. İlk OLED ekran nümunələrinin nəzərdən keçirilməsi isə bu ayın ortalarına planlaşdırılıb. Təqribi olaraq bir ay sonra şirkət, Galaxy S9-da olacaq digər elementlərin istehsalına da start verəcək. Bəzi məlumatlara əsasən yeni modelin hazırlanmasına bu qədər tez start verilməsində əsas səbəb, keçən il Note 7 ilə baş vermiş uğursuzluq ucbatından yeni modellərin keyfiyyətlərinin daha dəqiq şəkildə yoxlanılmasıdır. Galaxy S9-da ola biləcək texniki göstəricilər barəsində danışmaq hələ çox tezdir. Lakin istehsalçı çətin ki, bu seriyanın konsepsiyasından vaz keçsin və çox güman ki, Galaxy S9 da çərçivəsiz ekrana sahib olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər