main-post-cover

    Samsung Gear 360 fevralda gəlir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung’un keçdiyimiz həftələr ərzində "Gear 360” adlı bir kamera üzərində işlədiyi iddia olunmuşdu. Bu xəbəri yayımlayan SamMobile bu xəbərin real olduğunu və 2016 Mobil Dünya Konqresində açıqlanacağıni bəyan edib. 
    Samsung’un MWC 2016’da qarşımıza çıxarılacaq Galaxy S7 və Galaxy S7 Edge modelləri ilə uyumlu olaraq işləyəcəyi və gücünü öz batareyasından alacağı deyilən Gear 360, üzərində olan iki ədəd lens ilə 360 dərəcə çəkimlər (3840 x 1920 piksel) edə biləcək.
    Texniki göstəriciləri ilə hətta 180 dərəcəlik (1920 x 1080 piksel) görüntü də çəkə biləcək. Gear 360 Gallery proqramı ilə bağlantılı olan cihazalara da anında fotoları ötürə biləcək. Kamerada "HDR, brigthness, contrast və ISO” kimi manual seçimlər də olacaq. Samsung Gear 360 fevralın 21-də rəsmi açıqlanması gözlənilir.
    Linki kopyala