main-post-cover

    Samsung haqqında çoxlarının bilmədiyi 9 maraqlı fakt

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Elektronika ve mobil sahədə imperatorluq qurmuş olan Samsung'un maraqlı keçmişindən bir hissəni sizlərə təqdim edirik. Teknologiya nəhəngi haqqında 10 maraqlı fakt. 

    Mobil dünyanın krallarından biri olan Samsung'un hekayəsi çox daha əvvəllərə gedib çıxsa da, şirkət nəhəng mobil və elektronika imperatorluğu qurmağı bacarıb. 1938-ci ildən bu vaxta kimi təkamül dövrü keçirən şirkət, mobil və elektronika sahəsindən başqa digər sahələrə də yenilik gətirib. Samsung, enişlər və çıxışlarla dolu bir keçmişə sahibdir. Bu xəbərimizdə Samsung haqqında çoxlarının bilmədiyi 9 maraqlı faktı sizlərə təqdim edirik.

    1. Samsung sözünün mənası
     
    Samsung haqqında çoxlarının bilmədiyi 9 maraqlı fakt


    Qurulduğu andan etibarən Lee Byung-Chul, yeni şirkətin çox daha böyük bir şeyin başlanğıcı olduğuna inanırdı. Şirkətin ad seçimi də bu inancı əks etdirir. Koreya dilində sam (üç) və sung (ulduzlu) sözlərinin birləşməsindən əmələ gələn Samsung və üç ulduz simvolu böyük və hədsiz gücü təmsil edir.

    2. 80 ölkədə 370.000 işçi
     
    Samsung haqqında çoxlarının bilmədiyi 9 maraqlı fakt


    Bəziləriniz bu məlumatı bilsə də, Samsung sadəcə elektronika ve mobil texnologiya sahəsindən ibarət deyil. Samsung Group, Koreya birjasının əsas bazarında 59 siyahıya alınmamış və 19 siyahıya alınmış şirkətə sahibdir. Bu şirkətlər inşaatdan maliyyə xidmətlərinə, gəmiqayırmadan tibbə qədər bir çox sahədə fəaliyyət göstərir. Şirkət, Koreya daxil olmaqla  təqribi 80 fərqli ölkədə 370.000 adamı işlə təmin edir.

    3. İlk Elektronika məhsulu - Ağ-qara televizor, İlk telefon istehsalı - 1986-cı il
     
    Samsung haqqında çoxlarının bilmədiyi 9 maraqlı fakt


    Samsung tərəfindən bazara çıxarılan ilk elektronika məhsulu 1970-ci ildə istehsal edilən Samsung-Sanyo ağ-qara televizorudur. Şirkət illər keçdikcə müştərilərə fərqli məhsullar təqdim etməyə davam etdi və 1986-cı ildə istehsal etdiyi telefonla mobil sahəyə qoşuldu. Samsung'un televizor cəhdləri yaxşı qarşılandı, ancaq şirkətin ilk telefonu bəyənilmədi və bunun nəticəsi olaraq satışlar zəiflədi.

    4. Samsung logosunun təkamülü
     
    Samsung haqqında çoxlarının bilmədiyi 9 maraqlı fakt


    Samsung Electronics təsis ediləndən sonra Samsung logosu sadəcə üç dəfə dəyişib. Şirkətin logosu 70-ci illərdən qabaq bir neçə dəfə dəyişsə də, ondan sonra mövcud logosu sadəcə 3 dəfə dəyişilib və 1993-cü ildə hazırlanan logo sabit qalıb.

    5. Keyfiyyət təkanı
     
    Samsung haqqında çoxlarının bilmədiyi 9 maraqlı fakt
     

    Samsung uzun illər elektronika ve mobil sahənin içində olsa da Samsung İdarə heyətinin sədri Lee Kun-hee 1993-cü ildə şirkətin əsas məqsədlərindən biri olan keyfiyyətli məhsul istehsal etməyə həvəsləndirmək üçün yeni idarəetmə fəlsəfəsi təklif etdi. Lee Kun-hee 1995-ci ildə məhsulların keyfiyyəti və bu sahədəki dəyişikliyin azlığından narazılığını əsəbi formada göstərdi. İstehsal müəssisələrindən birinə gedən Kun-hee çoxlu telefon, televizor, faks maşını və digər cihazları ağır çəkiclə dağıtmağa başladı. Hekayəyə göre Lee'nin təqribi 2.000 işçisi bu tarixi hadisəyə şahid olub. Həmin gün 50 milyondan çox dəyər yox olsa da yeni bir Samsung yarandı. Bundan sonra yeni idarəetmə dövrü başladı və sürətli böyümə ilə birlikdə global səviyyədə uğur qazanıldı.

    6. CDMA şəbəkələrində işləyən ilk ağıllı telefon
     
    Samsung haqqında çoxlarının bilmədiyi 9 maraqlı fakt


    Samsung 1996-cı ildə CDMA texnologiyasından istifadə edən ilk telefon olan SCH-100 modelini bazara çıxartdı. Geriyə dönüb baxdıqda, məhdud və GSM'dən daha zəif texnologiya kimi görünən standartı ilk istifadə etmək önəmsiz kimi görünsə də həmin vaxtlar CDMA, yeni texnologiya kimi GSM'dən 
    daha çox üstünlüyə malik idi.

    7. Saat kimi qola taxılan İlk Ağıllı Telefon
     


    Gear ailəsi 3G modelləri ilə telefona qoşulmadan mesaj və zəng etməyə imkan versə də, saat-telefon istehsal etmək cəhdləri çoxdan var idi. Şirkət 1999-cu ildə kobud görünüşlü Samsung SPH-WP10 ilə saat-telefon anlayışını istifadəçilərə təqdim etmişdi. Bu saat-telefon, vaxtı göstərməklə yanaşı, 90 dəqiqəlik telefon danışığına imkan verirdi. Arxadan işıqlandırmaqla tək rəngli LCD ekrana sahib olan saatın, kontaktlarınızı axtarmaq üçün səsli əmr funksiyası belə var idi.

    8. ABŞ'da satılan, rəngli ekrana malik ilk PDA
     
    Samsung haqqında çoxlarının bilmədiyi 9 maraqlı fakt


    Samsung ilk ağıllı telefonu istehsal edən şirkət olmaya bilər, ama bazarın ilk aqressiv oyunçularından biri idi. Şirkət 2001-ci ildə ABŞ bazarına rəngli ekrana sahib ilk "PDA telefonu” çıxartdı. SPH-i300 adlandırılan cihaz Sprint'in 3G şəbəkəsi üçün hazırlanmış ve Palm OS ilə işləyirdi. Həmçinin zəng etmək üstünlüyü ilə yanaşı normal PDA'nın bütün funksiyalarını təqdim edirdi. Bu cəhətdən SPH-i300, Samsung'un ABŞ bazarı üçün istehsal etdiyi ilk ağıllı telefon sayıla bilər.

    9. Marketinq üçün nəhəng büdcə
     
    Samsung haqqında çoxlarının bilmədiyi 9 maraqlı fakt


    Məhsul müxtəlifliliyi və keyfiyyət önəmli olsa da, marketinq ümumiyyətlə daha önəmlidir. Gəlmiş keçmiş ən yaxşı məhsulu istehsal edə bilərsiniz amma bundan heçkimin xəbəri olmasa bu sizə heç nə qazandırmaz. Samsung, xalqın maraq dairəsinə girmək üçün reklam və marketinqə tonlarla pul xərcləyir. Şirkət 2013-cü ildə reklam üçün tam 4 milyard dollar xərcləyib. Ümumi marketinq üçün isə şirkətin kassasından əlavə 5 milyard dollar çıxıb. 

    Samsung'u sevsək də sevməsək də maraqlı keçmişi olduğunu və özünün əldə etdiyi uğur və uğursuzluqların onu indiki səviyyəyə çatdırdığını qəbul etmək lazımdır. Samsung haqqında başqa maraqlı faktlar bilirsinizsə aşağıda rəy vasitəsilə paylaşa bilərsiniz. 
    Linki kopyala