Samsung holoqrafik ekran düzəldir?

Samsung holoqrafik ekran düzəldir?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

USPTO (ABŞ Patentləşdirmə və Müəllif Hüquqları ofisi) bir çox şirkətin yeni texnologiyalarına aid patentləri özündə saxlayır. Bu patentlərdən bəziləri gələcək texnologiyalarda istifadə olunur, bəziləri yox. Hətta bunların bir qismi dəli sayıla biləcək qədər qəribə proektlərdir.
 
Samsung`un da bu şirkətdə keçən il patentləşdirdiyi texnologiyalardan biri bu yaxınlarda üzə çıxıb. Bunun maraqlı tərəfi isə patentin holoqrafik texnologiya kateqoriyasına ad olmasıdır. Amma bu holqrafik texnologiya filmlərdə yaxud oyunlarda gördüyünüz kimi tam bir holoqrafik proeksiya üçün deyil. Sxemlərdə gördüyümüz kimi bu texnologiyanın tətbiq olunacağı telefonun normal bir gövdəsi və normal bir ekranı var. Ancaq siz telefonun üstünə xüsusi bir işıq proeksiyası cihazı yerləşdirəcəksiniz ki, bu da ekrandakı obyektlərin bir parça şüşə içərisində havada süzülürmüş kimi 3D göstərilməsinə imkan yaradacaq.

 



Təbiiki, bu sizin tam olaraq ağlınızda canlandırdığınız şey deyil, ancaq yenə də çox maraqlı bir funksiyadır.

 
 

Samsungun bu texnologiyanı nə vaxt yaxud hansı smartfonuna tətbiq edəcəyi məlum deyil, ancaq əgər edilərsə ən azından dostlar arasında söhbət etmək üçün mövzu yaratmağa ideal bir məhsul olacaq. Kim bilir, bəlkə Samsung bu texnologiyanı inkişaf etdirərsə gələcəkdə belə cihazlara ehtiyyac olmadan havada süzülən 3D fiqurlar görə biləcəyik. Bəs siz Samsungun bu ixtirası haqqında nə düşünürsünüz?
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Belə oyun görməmisiniz

Bütün oyun dünyasında FPS janrındakı oyunların böyük populyarlığa malik olduğunu çoxumuz bilir..


Android BlackBerry?

Bütün dünyadakı telefon bazarının cəmi 1%-ni daşıyan və son illərdə də geriləməyə davam ed..


Komputerdəki reklam viruslarını silmək üçün ən yaxşı 4 proqram

    Çoxumuzun başına gəlib, internetdən hansısa səbəbə görə hansısa bir proqr..


Bu Samsung Edge Smartwatch konsepti gözləmədiyiniz qədər gözəldir

Samsungun Galaxy S6 Edge və Note Edge smartfonları çox gözəl dizaynlara malik telefonlardır, bunu..

×