main-post-cover

    Samsung ilə Google arasındakı gərginlik həll olundu!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Cənubi Koreya nəhəngi Samsung bir neçə gün öncə Android 5.0 və üzəri versiyanı istifadə edən cihazlar üçün internet brauzerinə önəmli yenilik etmiş və reklam əngəlləmə dəstəyi gətirmişdi. APİ ilə verilən bu dəstəyə qısa zaman ərzində Google tərəfindən önəmli bir əngəl gətirilmiş və bildiyiniz kimi "Adblock Fast” Google Play Store’dan silinmişdi. Bu da iki nəhəng arasında bir krizə səbəb oldu.

    Bu barədə hər hansı bir açıqlama etməyən Google, Adblock Fast’in yaradıcısı tərəfindən yayımlanan son bloq yazısına görə edilən etirazı dəyərləndirdi və proqram Google Play Store'da yenidən yerini aldı. Birbaşa olaraq Samsung’un API’si ilə edilən bu əməliyyat eyni zaman Samsung’un da önünü açmış oldu. Bundan sonra hər kəsin buna bənzər proqram yazıb marketə yerləşdirməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər