main-post-cover

    Samsung ilk qatlana bilən telefonu Galaxy X üzərində işləyir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung ağıllı telefonlar, xüsusilə də Galaxy seriyası üçün son illərdə olduqca yenilikçi olub. Keçən il tanıdılan Galaxy S6 və əyilən ekrana sahib Galaxy S6 Edge çok böyük yenilik olmuşdu.

    Amma Samsung, uzun müddətdir ki, qatlana bilinən ağıllı telefon üzərində işləyir. Son məlumatlara görə ilk qatlana bilən telefonun adının Galaxy X olacağı iddia olunur. Deyilənlərə görə Samsung, gələn il tanıdacağı 4 flaqman telefonu ilə yanaşı ilk qatlana bilən ağıllı telefonu Galaxy X’i rəsmən elan edəcək.

    Sammobile saytının iddalarına görə Galaxy X, 2017-ci ilin yenilikçi ağıllı telefonu olacaq. Samsung son bir neçə il böyük ağıllı telefonlar istehsal etsə də, texnologiya dayanmadan inkişaf edir və şirkətin daha yeni işlər görməsi vacibdir.
    ChinaTopix  tərəfindən yayımlanan bir hesabata görə "Project Valley” kod adı ilə yaradılan Galaxy X, qatlana bilən Super AMOLED 4K ekran (3840 x 2160) ilə gələcək. Bəzi iddialara görə telefon tamamilə açıldıqda bir tabletə dönüşəcək.
     
    Bir firstpost hesabatə isə Galaxy X’in 5 düym telefon və ya 7 düym bənzəri telefon olacağını göstərir. Digər detallara gəldikdə isə telefonun 128 GB daxili yaddaş və 6 GB RAM ilə gələ biləcəyi qeyd olunur. Telefon Snapdragon çipsetinin ən sonuncusu ilə təchiz olunacaq.

     
    TheWeek saytının xəbərlərinə görə isə Samsung Galaxy X, iki Galaxy S8 telefonları və iki Galaxy Note 7 phablet telefonları daxil, 2017-ci ildə tanıdılması gözlənilən 5 ağıllı telefondan biri olacaq. Hamımızın bildiyi kimi Note seriyası ümumi olaraq ilin 3. rübündə bazara çıxarılır və Samsung 1. rübdə keçirilən MWC tədbirində S seriyası telefonları tanıdır. Galaxy X isə təxminən ilin 2. rübündə tanıdıla bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər