Samsung işçilərinin aldığı bonus azala bilər

08.05.2017 0 PAYLAŞIM 5254 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Bildiyiniz kimi bir sıra şirkətlər işçilərinə əlavə iş saatına və ya uğurlu işlər ortaya çıxarmağının şərəfinə maaşdan əlavə bonuslar verirlər. Dünya telefon bazarında özünəməxsus yer tutan Samsung şirkəti də belə şirkətlərdən biridir. Samsung-un bu il satışa Note 7 ilə uğurla başlaması və sonda çıxan problemlər səbəbiylə uğursuz çıxışı şirkət üçün əlavə problemlərin ortaya çıxmasına şərait yaratdı.

İlk əvvəl şirkət baş vermiş hadisəylə əlaqədar mobil istehsal səhəsindən hər 5 nəfərdən birini qovmaq niyyətindəydi. Bu isə öz növbəsində 200 nəfər deməkdir. Amma qərar yalnız bununla bitmirdi. Belə ki, aylıq maaş bonuslarında da azalma olunası nəzərdə tutulurdu. Qeyd edək ki, Samsung işçiləri yaxşı işlədikləri halda maaşlarının 50%-i həcmində bonus alırdılar.


Amma yaşanmış hadisədən sonra bu rəqəm 17%-dək azala bilər. Samsung bu haqda hələ ki, rəsmi heç bir açıqlama etməyib. Amma əgər qərar təstiqini tapsa, onda bu azalma bütün işçiləri deyil, mobil departamentdə olan işçiləri əhatə edəcək. Məsələn flash yaddaş departamantinin işçilərinin bu ilki nəticələri yüksək olduğundan aylıq bonuslarını tam alacaqlar.

Şirkət üçün bu il o qədər də uğurlu olmasa da ən azından qiymətləndirmədə ədalət prinsipinə qoruyub saxlayıb. Ümid edirik ki, gələn il şirkət üçün daha uğurlu olacaq.