"Samsung", "Mercedes-Benz" üçün rəqəmsal açar hazırlayır
Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE
@technote
"Samsung", "Mercedes-Benz" şirkəti ilə rəqəmsal açar yaratmaq üçün yeni əməkdaşlığa imza atıb.
Berlində keçirilən IFA konfransında göstərilən yeni texnologiya avtomobili NFC funksiyası vasitəsilə qapısını aça, motoru işə salmaq üçün istifadə etməyi mümkün edir.
Oğruların texnologiyadan sui-istifadə hallarının qarşısını almaq üçün "Mercedes", avtomobillərin qapısına xüsusi təhlükəsizlik möhürü olan NFC çip yerləşdirəcək. Bunun sayəsində, belə avtomobillər yalnız öz sahibi tərəfindən qeydiyyata alınan cihazlarla idarə oluna biləcək.
Bununla belə, bu texnologiyanın təhlükəsizlik problemlərinin qarşısını tam alması hələ ki mübahisəlidir. Belə ki, istifadəçinin telefonu oğurlandığı halda, avtomobil bu vasitə ilə açıla və işə salına bilər. Güman edirik ki, "Samsung" bu funksiyanı aktiv etmək üçün telefona barmaq izi və ya iris skaner (gözlə kilidin açılması) vasitəsilə təhlükəsizlik açarının qoyulmasını şərt edəcək.
Aşağıdakı videoda texnologiya ilə yaxından tanış ola bilərsiniz.
Şərh yoxdur