Samsung, MWC 2017-də təqdim edəcəyi məhsulunu açıqladı!

08.05.2017 0 PAYLAŞIM 5688 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Samsung, paylaşdığı media dəvətnaməsi ilə 26 fevral 2016-cı ildə təqdim edəcəyi məhsulu açıqladı.

Xüsusilə Galaxy Note 7-də yaşanan problemlər səbəbi ilə Galaxy S8-in təqdimat tarixini ertələyəcəyi ciddi-ciddi danışılan Samsung, nəhayətki Mobil Dünya Konqresindəki media nümayiş tarixini rəsmi olaraq açıqladı. Paylaşılan media dəvətnaməsində təqdimatın 26 fevral 2016-cı il tarixində ediləcəyi məlumatı verilərkən, məhsulun da Galaxy Tab S3 olduğu görülür.

Beləlikdə Galaxy S8-in Mart-May ayları arasında xüsusi bir təqdimat mərasimində təqdim ediləcəyi dəqiqləşərkən, Mobil Dünya Konqresindəki Samsungun üstünlüyü olacaq Galaxy Tab S3 isə sızıntılara görə - 9.6 inç Ekran və Snapdragon 820 prosessora sahib olacaq. 4GB RAM ilə dəstəklənəcək olan Tab S3-ün bütün detallarını da Mobil Dünya Konqresindəki təqdimat ilə öyrənə biləcəyik.