main-post-cover

    "Samsung" öz hissələrini dörd şirkətə satdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Samsung Electronics", kiçik müəssisələrdə əlavə investisiyalı qaynaq yaratmaq məqsədiylə, bir sıra hissələrini 4 şirkətə satdığını açıqladı. "Samsung"un hissələrini alan şirkətlər arasında "ASML", "Seagate", "RAMBUS" və "Sharp" kimi nəhəng şirkətlər yer alır.

    Samsungun hissə satış detalları

    Samsungun satışa çıxardığı hissələrin yarısını Hollandiya mərkəzli yarı keçirici material sənayesi üçün fotolitografi sistemləri istehsal edən şirkət "ASML Holding NV" aldı. Hissələrin yüzdə 4.2-ni ABŞ mərkəzli sabit disk və saxlama həlləri çıxaran "Seagate" satın alarkən, hissələrin yüzdə 0.7-si Yaponiya mərkəzli "Sharp Corporation"a satıldı. ABŞ mənşəli lisenziya şirkəti "RAMBUS Inc." isə Samsungun yüzdə 4.5-lik hissələrini satın aldı. Bir Samsung spikeri şirkətin satış əməliyyatlarından ümumi 888.85 milyon dollar qazanacağını yazarkən, satışa bağlı digər detalları açıqlamayıb.
     
    Reuters-da yer alan xəbərə görə Samsungun satışa çıxardığı hissələrin yarısını alan ASML-nin ümumi 675.99 milyon dollarlıq bir ödəniş ödədiyi dilə gətirildi. Mütəxəssislər, Samsungun bir sıra hissələrini satmasını, şirkətin əsas biznes üçün daha çox qaynaq yaratmaq məqsədi ilə əlaqəli olduğunu ifadə edirlər. Bu istiqamətdə Samsung-un gələcək müddətdəki işlərinin texnologiyanın bir neçə sahəsi ilə məhdud qala biləcəyini ifadə etmək olar. Samsung, hissə satışı reallaşdırdığı şirkətlərlə tərəfdaşlıq qurub qurmayacağı barədə sualları cavabsız qoyub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər