Samsung öz səsli köməkçisi Bixby-ni təqdim etdi

08.05.2017 0 PAYLAŞIM 5853 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Samsung” şirkəti rəsmi olaraq öz səsli köməkçisi Bixby-ni təqdim etdi.

Bixby adlı səsli köməkçi həm smartfonlar, həmdə digər cihazlar üçün nəzərdə tutulub. Bazarda olan digər səsli köməkçilər kimi Bixby də, süni zəka əsasında çalışır. Lakin buna baxmayaraq Bixby, digər səsli köməkçilərdən fərqlənir. Belə ki, istifadəçi onun vasitəsilə hava proqnozunu və ya hansısa məşhur insan barəsində məlumat ala bilməz. Bixby, bunun üçün nəzərdə tutulmayıb. Bixby, smartfonun funksionallığından rahat istifadə etmək üçün nəzərdə tutulub. Məsələn istifadəçi, Bixby-yə müraciət edərək istənilən fotonu, istənilən şəxsə, bir səslə göndərə biləcək. Şirkətin verdiyi məlumata görə Bixby sayəsində istifadəçilər, smartfonun istənilən funksiyasını işə sala biləcəklər. Bununla yanaşı Bixby, istifadəçi tərəfindən tam aydın şəkildə deyilməyən əmrləri belə başa düşəcək. Yeni təqdim olunacaq Samsung Galaxy S8 smartfonlarında sözügedən səsli köməkçini işə salmaq üçün, smartfonun qıraq hissəsində xüsusi düymə olacaq. Daha sonra şirkət bu səsli köməkçini digər məhsullarında da istifadə edəcək. Məsələn kondisionerlər və televizorlar kimi.