main-post-cover

    "Samsung" rəsmi olaraq Galaxy A (2017) seriyasını təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkəti rəsmi olaraq yenilənmiş Galaxy A (2017) seriyasını təqdim etdi.

    Təqdim olunmuş smartfonlar, şirkətin keçmiş flaqman cihazlarının dizaynlarını özlərində birləşdiriblər. Yeni smartfonların korpusları metal və şüşədən hazırlanmışdır və IP68 standartlı sudan qorunma xüsusiyyətinə sahibdirlər. Beləliklə cihazları 1 m dərinlikdə yarım saat ərzində suda saxlamaq olar. Galaxy A7, 5.7 inç Super AMOLED ekran, 8 nüvəli Exynos 7880, prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş, 3600 mAh enerji tutumlu batareya, 16 MP arxa və 16 MP ön kamera ilə təchiz olunmuşdur. Galaxy A5 modeli, 5.2 inç Super AMOLED ekrana sahibdir. Texniki göstəricilərinə görə A5, A7 ilə eynidir. Aralarında olan bir fərq isə A5-in 3000 mAh enerji tutumlu batareya sahib olmasıdır. Galaxy A3 isə 4.7 inç ekran, 8 nüvəli Exynos 7880 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş, 2350 mAh enerji tutumlu batareya, 13 MP arxa və 8 MP ön kamera ilə təchiz olunmuşdur. Hər 3 smartfon USB-C girişinə və barmaq izi skanına sahibdir. Bundan əlavə onların üçü də microSD özəlliyinə sahibdir. Sözügedən smartfonlar artıq bu ayın əvvəlindən Rusiya bazarında satılmağa başlayıb. Daha sonra smartfonlar Avropanın digər bazarlarında da təqdim olunacaq. Onların Rusiya bazarındakı qiymətlərini sizlərə təqdim edirik. Galaxy A3, 407$ qiymətinə, A5, 489$ qiymətinə, A7 isə 570$ qiymətinə satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər