"Samsung" rəsmi olaraq Gear S3-ü təqdim edib

"Samsung" rəsmi olaraq Gear S3-ü təqdim edib

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Samsung” şirkəti Berlində keçirilən IFA 2016 tədbiri çərçivəsində Gear S3 "ağıllı” saatlarını təqdim edib. Yeni saatlar müxtəlif korpuslarda iki yeni funksiyaya sahibdirlər.


Artıq neçənci dəfədir ki, şirkət adi təqdimatı əsl şouya çevirməyi bacarır. "Samsung”, Gear S2 konsepsiyasına sadiq qalaraq Gear S3-ün iki versiyasını təqdim edib. Classic model dəbli və funksional aksessuar olduğu halda Frontier model daha çox idman sevərlər üçün əla seçimdir. Saatların texniki göstəriciləri ilə aşağıdan tanış ola bilərsiniz.

360x360 piksel keyfiyyətli 1.3 inç SuperAMOLED ekran


768 MB RAM və 4 GB daxili yaddaş

1 GHz tezlikli 2 nüvəli Exynos prosessoru

Wi-Fi, Bluetooth, 3G/LTE (yalnız Frontier modeldə), NFC, GPS və GLONASS

Ürək döyüntüsü, akselerometr, barometr və spidometr göstəriciləri.

"Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən saatlar həmişəki kimi şirkətin öz əməliyyat sistemi Tizen 2.3.2 üzərində çalışırlar. Lakin indi NFC vasitəsilə Samsung Pay-dən istifadə edərək mağazalarda alış-veriş etmək mümkündür. Hər iki modeldə GPS və GLONASS özəllikləri var. Buna görədə idman etməyə hazırlaşarkən özünüzlə smartfonu götürməyə ehtiyac qalmayacaq. Yeni saatlar Gear S2-dən 4 mm daha enlidir və yeni Gorilla Glass SR+ şüşəsi ilə qorunurlar. Gear S3-ün ekranı mütəmadi olaraq tam rəng spektrində çalışır. Gear S2-də isə yuxu rejimi zamanı ekran yalnız eyni anda 8 rəng əks etdirə bilirdi.


 

Saatlara hər bir 22 mm-lik kəmərlər gedir. Korpus alüminiumdan hazırlanıb və həmçinin IP68 standartı üzrə nəmişlik və tozdan qorunur. Saatlar yarım metr su dərinliyində yarım saat ərzində dözmə qabiliyyətinə sahibdirlər. Əlavə olaraq yeni cihaz çox yüksək və aşağı temperatur təsirlərinə qarşı dözümlüdür. Gear S3 köhnə modeldən fərqli olaraq daha geniş enerji tutumlu batareya ilə təchiz olunub. Kohnə model 250 mAh göstəriciyə sahib olduğu halda Gear S3 380 mAh enerji tutumlu batareyaya sahibdir. Həmçinin cihaz WPS formatlı naqilsiz enerji yığma xüsusiyyəti ilə təchiz olunub. Gear S3-ün satışları bu ilin oktyabr ayına planlaşdırılıb. Classic modelin qiyməti 299$ təşkil edəcək. Frontier modelinin qiyməti hələki bəlli olmasa da onun birinci modeldən bir qədər baha olacağı güman olunur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×