main-post-cover

    Samsung S6 həyat qurtardı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Günümüzdə mobil cihazlar bizim bütün işlərimizi həll etməyə çox kömək olur. Bəzən "Yaxşı ki, telefon var, həyatım xilas oldu" kimi ifadələr də işlədirik. Bu dəfə mobil cihaz sözün həqiqi mənasında həyat xilas edib. 13 noyabrda Parisdə baş verən terror aktlarında bir çox insan həyatını itirdi, çox sayda insan yaralandı. Bataclan konsert zalında silahlı hücum zamanı bir gənc Stade de France ətrafında telefonla danışırdı. Fransız iTele kanalına açıqlama edən Sylvestre hadisə zamanı telefonla danışdığını dedi. Partlayış anı fırlayan qəlpələr Sylvestrenin telefonuna dəyərək onun həyatını xilas edib. Başına dəyəcək olan bu iti qəlpələr telefona dəyərək onun ağır yaralanmasının qarşısını alıb.
    15-11/14/s6-hayat-kurtardi.jpg
    Telefonu yararsız hala düşən gənc üzərindəki dəri kurtka sayəsində də qorunduğunu qeyd etdi. Parisdəki hücumlar nəticəsində 153 nəfər həyatını itirdi, 200 nəfər isə yaralandı.

    Linki kopyala