
Samsung S7 və S7 Edge istifadəçiləri üçün yeni funksiya təqdim olunub
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Samsung yeni təqdim etdiyi yenilənmə ilə Note 7-də yer alan always on display xüsusiyyətini S7 və S7 Edge modellərinə gətirir
"Samsung" yaşanan son bədbəxt hadisələrdən
sonra S7 və S 7 Edge modellərinə olan dəstəyini daha da artırmaq niyyətindədir.
Belə ki, bildiyiniz kimi Samsung Galaxy Note 7 modeli bir sıra xüsusiyyətləri ilə
digər modellərdən daha üstün hesab olunurdu. Bu yeniliklərdən biri də always on display funksiyası idi. Belə ki, artıq bu xüsusiyyəti S7 və S7 Edge istifadəçiləri də rahatlıqla istifadə edə biləcəklər.

Note
7 seriyasının əsas fərqlərindən biri də qələmlə idarə olunan xüsusiyyətlərə malik olması idi. Bundan əlavə
bildirməliyik ki, "Samsung"un özünün e-mail tətbiqinin bildirişlərinin işləməməsi bir qədər
sıxıntı yaradır. Amma buna baxmayaraq, S7 seriyasına yenilənmənin gəlməsi həm
bu model telefonların istifadəçilərini, həm də Note 7-ni dəyişib S7 və S7 Edge
modellərinə müraciət edənlər üçün müsbət haldır.
Ümid edirik ki, Samsung şirkəti tez bir
zamanda Note 7 ilə bağlı yaşanmış sıxıntıları unutdura biləcək.
Linki kopyala
Həftənin xəbərləri

