Samsung şirkəti iki ədəd Chromebook modelini təqdim etdi

08.05.2017 0 PAYLAŞIM 5378 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

CES 2017 tədbiri çərçivəsində "Samsung” şirkəti iki ədəd qatlana bilən Chromebook modelini təqdim etdi.

Onlardan biri Chromebook Pro, digəri isə Chromebook Plus adlanır. Hər iki model stilus özəlliyini dəstəkləyir və Chrome OS əməliyyat sistemi vasitəsilə çalışır. Chromebooklar, Google Play ilə inteqrasiya olunublar və digər Android cihazlara yenilənmələr gələn zaman həmin chromebookların da bu yenilənmələrdən xəbərləri olur. Chromebook Pro, 6 nüvəli OP1 prosessoru ilə, Chromebook Plus isə Intel Core M3 6Y30 prosessoru ilə təchiz olunub. Qalan digər texniki göstəricilərinə görə hər iki model eynidir. Hər iki model, 12.3 inç ekrana, LPDDR3 standartlı 4 GB RAM-a, 32 GB daxili yaddaşa, Wi-Fi və Bluetooth modullarına, iki ədəd USB-Type C girişinə və microSD girişə sahibdir. Cihazlar 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunublar. Samsung Chromebook Plus bu ilin Fevral ayında 449$ qiymətində satışa çıxacaq. Pro versiya isə yaz fəslində satışa çıxacaq. Onun qiyməti hələki məlum deyil.