Samsung şirkəti rəsmi olaraq təsdiq etdi. Note seriyası, Galaxy Note 8 ilə davam edəcək

08.05.2017 0 PAYLAŞIM 5743 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Samsung” şirkəti Galaxy Note seriyası barədə qərarını dəyişdi.

Belə ki, Keçən il Galaxy Note 7-nin böyük uğursuzluğuna baxmayaraq "Samsung” şirkəti sözügedən seriyanın davamçısını təqdim etməyə hazırlaşır. Bu barədə şirkətin, mobil şöbəsinin rəhbəri Koh Dong-jin öz müsahibəsində bildirib. Onun sözlərinə görə şirkət daha təhlükəsiz və innovasiyalı Galaxy Note 8-i təqdim edəcək. Beləliklə Note seriyasının ləğv olunması qərarı geri çəkilib. Rəhbər həmçinin onu bildirib ki, Galaxy Note 7-lərin partlama hadisələri zamanı və onların geri çağırılması dövründə bir çox Note istifadəçiləri, şirkətin sadiq alıcıları qismində çıxış etdilər. Həmçinin bir çox Note 4Note 5 istifadəçiləri öz smartfonlarını yeniləmək istəyirlər. Məhz onlar sayəsində biz anladıq ki, onlara Galaxy Note 8 lazımdır.