Samsung təqdim edəcəyi yeni sistemlə insanları fobiyadan uzaqlaşdıracaq (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 5182 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Samsung, VR eynəklərlə bir çoxlarının ürəyincə olacaq yeniliyə imza atmağa hazırlaşır. Bu yenilik sayəsində Samsung tibb adamlarının həll etməkdə çətinlik çəkdiyi bir işi həll etməyə hazırlaşır.

Fobiyalar insan həyatına mənfi təsir edən vacib məqamlardan biridir. Yüksəkdən qorxmaq, qapalı yerdə qalmaq qorxusu, dənizdən qorxmaq və s. kimi fobiyalar insanların həyatına ciddi təsir etməkdədir.

Bir çox hallarda fobiyalar insanın həyatında yaşadığı hər hansı çətinliklə əlaqədar olur. Bu mövzuda həkimlər bir çox hallarda əlacsız qala bilirlər. Bir çoxların qorxunu dəf etmək üçün onunla mübarizə aparmağı məsləhət görür. Amma bir çoxları bunu reallaşdırmaqda ciddi şəkildə əziyyət çəkir.

Bunu nəzərə alan Samsung şirkəti virtual eynəklərin köməyilə insanların fobiyaları ilə mübarizə aparacaqları proqrama dəstək vermək istəyirlər. VR Therapy adlı sistem sayəsində insanlar qorxuları ilə üzləşə biləcəklər. Məsələn, VR eynəkdən istifadə edən istifadəçinin yüksəklik qorxusu varsa, o, özünü yüksəkdə hiss edərək bu fobiya ilə üzləşə biləcək.

Xüsusi olaraq hazırlanmış videolarla çalışacaq sistem, hər qorxunu əvvəlcə adi qorxuducu videolarla sınaqdan keçirəcək. Yüksəklik qorxusu olan biri şüşə bir liftin içində adım-adım yuxarı qalxacaq, qorxusu getdikcə bir üst qata çatacaq.

Sistem ilk olaraq Avropa, RusiyaBƏƏ-də sınaqdan keçirilib və uğurlu olub. Kanadada sınaqdan keçirildikdən sonra şirkət sistemi daha səkkiz ölkədə tətbiq edə bilər.

Samsung Kanadanın VR Therapy sistemi haqqında hazırladığı tanıtım videosunu təqdim edib.