Texnologiya nəhənglərindən biri olan Samsung, keçdiyimiz günlərdə online musiqi servislərindən biri olan Tidal’ı alacağı barədə xəbərlərlə gündəmə gəlmişdi. Şirkətdən bu mövzuda ilk rəsmi açıqlama gəldi.
2014-cü ildə Aspiro tərəfindən qurulan, 2015’in ilk rübündə isə Jay Z’nin sahibi olduğu Project Panther şirkəti tərəfindən alınan musiqi servisi Tidal, hal hazırda 25 milyon musiqi və 75000’dən çox video klipi özündə birləşdirir. Xüsusilə, Kanye West və Rihanna kimi adlardan böyük dəstək alır.
Milk Music’i bağlayaraq Tidal’ı alacağı yönündəki xəbərlərlə bağlı rəsmi açıqlama verən şirkət, belə bir vəziyyətin olmadığı və musiqi servisini almağı planlaşdırmadıqlarını vurğulayaraq hələlik mövzunu bağladı.
Şərh yoxdur