main-post-cover

    Samsung-un kod adı SOLİS olan yeni ağıllı saatı: GEAR S3

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Axırıncı dəfə Samsungun Gear S2 saatını istehsal edib satışa verməyindən xeyli vaxt keçib. İndi isə firma özünün yeni ağıllı saatını təqdim etməyə hazırlaşır. Bu saat Gear S3-dür. Belə görünür ki, Samsung avqust ayında olacaq Galaxy Note 7 tədbirində özünün yeni ağıllı saatını təqdim edəcək. Şübhəsiz bu saat Gear S3 olacaq. 


    Bu gün Gear S3 modeli haqqında bir sıra məlumatlar yayımlanıb. "SamMobile"-ın verdiyi məlumata əsasən Gear S3 saatı "Solis" kod adı ilə gəlir. Solis sözü latın dilindən tərcümədə "günəş" mənasını verir. Məlumata görə cihaz dairəvi quruluşda olacaq. 


    Cihaz SM-R760, SM-R765, SM-R770, SM-R765V və  SM-R765S versiyalarında olacaq və Gear S2 kimi Tizen əməliyyat sistemi ilə işləyəcək. 


    Hələki Gear S3 haqqında başqa xəbər yayımlanmayıb. Saat haqqında digər məlumatlarıda tapmağa çalışacağıq.

    Linki kopyala