“Samsung”-un Rəhbər köməkçisi üçün Həbs qərarı istənildi!

08.05.2017 0 PAYLAŞIM 5295 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Prokuror Park Youg –Soo, Samsung-un iki nömrəli adamı üçün həbs qərarı istəyir.

"Samsung Electronics” Rəhbər Köməkçisi Lee Jae-yong üçün rüşvət, öz hesabına pul köçürmə və ictimaiyyəti aldatmaq kimi cinayət işlədiyi iddiası ilə həbs olunması qərarı çıxarıldı. Sensassiya, "Samsung”-un üst səviyyə idarəçisi və sektorun irəli gələn adlarından Choi Soon-sili də əhatə edir.

Keçən həftə 22 saat sorğulanan Lee, Cheong Wa Dae (Mavi Saray - Koreyanın Ağ Evi)-nin əlaqədar qurumlarına imtiyaz göstərmək üçün nüfuz etdi. Buna qarşılıq Choi və dostları ümumi 43 milyard won (36.37 milyon $) məbləğində haqsız gəlir əldə etdiyi iddia edilir. Bəhs edilən məbləğ ümumi rüşvət miqdarıdır. Digər bir tərəfdən Samsung-un iddia etdiyi əlavə miqdar da yayılan xəbərlər arasındadır.


"Samsung”, Choi-nin Almanyadakı şirkəti Core Sports ilə ( Widec Sports olaraq dəyişdirildi), 22 milyon won-luq bir konsalting müqaviləsi imzaladı və 3.8 milyardwon qazandı. Nə üçünsə bütün bu rəqəmlər Choi-nin qardaşı oğlu Jang Si-Ho-nun bank hesabını zənginləşdirdi.

Dövriyyə edən bu pullar qarşılığında, Cheong Wa Dae-nin "Samsung” C&T Cheil Industries-in birləşməsi üçün keçirdiyi səsvermədə tarazlığın dəyişməsi gözlənilirdi.

Choi Gee-sung, Rəhbər Chang Choong-ki və Park Sang-jin haqqında hələ həbs qərarı verilməyib.