main-post-cover

    Samsung-un yeni Galaxy S8 Plus modeli haqqında məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung şirkəti yeni ildən etibarən bir neçə telefon tanıtımı etməyə hazırlaşır. Belə telefonlardan biri də Galaxy S8 Plus-dur.

    Bir müddət əvvəl Samsung-un yeni ildən etibarən bir neçə yeni telefon tanıdacağı haqda məlumat paylaşmışdıq. Bu dəfə isə yeni bir məlumat Koreyaya məxsus MK News saytından gəldi. Sayt Samsung-un Galaxy S8 Plus adlı yeni model satışa çıxaracağını bildirir.
     
    Verilən məlumatda Galaxy S8 Plus-un Galaxy S8 ilə birgə tanıdılacağı bildirilir. Bundan əlavə yeni modelin, Galaxy S8-dən fərqli olaraq 6 inç və Quad HD ekrana sahib olacağı haqda məlumat verilir.
    Yeni telefonlar haqda məlumatlar hər kəsin marağını cəlb etsə də yenə də qeyd edək ki, bu məlumatlar rəsmi xarakter daşımır. Yeni modellərlə istifadəçilər yeni ildən etibarən tanış ola biləcəklər.
    Linki kopyala