main-post-cover

    Samsung yeni nəsil kontakt linzaların patentini əldə edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Göz qırpmaqla şəkil çəkmək funksiyasına malik konktakt linzalardan biz artıq yaxın gələcəkdə istifadə edə biləcəyik. Samsung şirkəti bu cür konktakt linzaların patentini əldə edib. Şirkətin patentini aldığı kontakt linzada kamera və sensorlar göz qırpımı ilə tənzimlənəcək. Çəkilmiş şəkilləri isə linza bir başa gözün tor qişasına ötürə biləcək. Linzada olacaq kiçik antenlər çəkilmiş şəkilləri smartfona və ya digər cihaza ötürməyə imkan yaradacaq. Məlumata əsasən Samsung-un bu cür konktakt linzaların yaratmasında əsas məqsədi ideal genişləndirilmiş reallığa nail olmaqdır. Hal-hazırda genişləndirilmiş reallığı Google Glass kimi cihazlarla əldə etmək mümkündür. Sözügedən kontakt linzalar genişləndrilmiş rallığı bir başa gözə ötürməklə yanaşı başqaları üçün görünməz olacaq.
    Göz qırpmaqla şəkil çəkmək funksiyası da demək olarki yeni bir ixtira deyil. Məsələn həmin Google Glass-da bu cür funksiya var idi. Samsung yeni nəsil kontakt linzaların patentini alan ilk şirkət deyil. Google şirkətinin bu sahə üzrə iki patenti mövcuddur. Məsələn onlardan biri göz yaşının analizi əsasında qandakı şəkərin miqdarı haqqında məlumat verə biləcək. Lakin qeyd etmək lazımdır ki, bu hələki patentdir. Bu cür texnologiyanın irimiqyaslı istifadəsi üçün nəzərdə tutulması sual altındadır. Bir çox şirkətlər həmişə maraqlı texnologiyaların patentlərini əldə edirlər. Lakin nəticədə həmin ixtiralar ya patent kimi olaraq qalır yada ki, istehsal prosesi zamanı prototip mərhələsindən çıxmır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər