Samsung a bir zərbə daha:Bu dəfə Samsung Galaxy Note 2 alovlandı

08.05.2017 0 PAYLAŞIM 5639 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Galaxy Note 7-nin partlaması artıq heç kimi təəccübləndirməsə də, bu dəfə problem Galaxy Note 2-də ortaya çıxdı

"Samsung "un başı bəladan əksik olmur. Son zamanlar Galaxy Note 7-nin partlama xəbərləri şirkətin nüfuzuna yetərincə zərbə vurmuşdu. Bu dəfə isə "Samsung "un digər bir modeli olan Galaxy Note 2-nin partlaması haqda xəbərlər hər kəsin marağına səbəb olub. Belə ki, Hindistanın Çennai bölgəsindən Sinqapura yola düşən təyyarənin yük hissəsində anidən Galaxy Note 2 telefonu alov alıb. Xoşbəxtlikdən təyyarə işçiləri vəziyyəti tez nəzarət altına alıb və təyyarə heç bir ziyan görmədən eniş edib.

Cihazın birdən alovlanma səbəbi hələki bəlli deyil. "Samsung " şirkəti isə hadisə ilə bağlı açıqlama etməyə hazırlaşır. Bundan əlavə Hindistan Hava Yollarının bütün Galaxy Note modellərinə qadağa qoyması gözlənilir.