

Yaddaş texnologiyasında ən öndə gedən şirkətlərdən biri olan Samsung, bu dəfə rəqabəti bir xeyli artıraraq 2 Terabaytlıq yaddaş qurğusunu hazırlamağı bacarıb.
Galaxy S6 haqqında hər şey!
850 EVO və 850 Pro adlanan bu yaddaş qurğularında 3D V-NAND texnlogiyasından istifadə olunaraq yerləşdirilmiş 128 ayrı fləş qurğusu var. 20 nanometrlik 4GB LPDDR3 çiplərdən istifadə edən qurğular, içlərindəki faylları 550 Mb/san sürətlə oxumağa və 520Mb/san sürətlə də yazmağa malikdirlər.
850 EVO-nun qiyməti 800 dollar, 850 Pro-nun qiyməti isə 1000 dolardır. Samsung hər iki cihaz üçün ayrı zəmanət şərtləri təqdim edir. Cənubi Koreyalı firma, 850 EVO üçün 5 il və 150 terabayta qədər, 850 Pro üçün isə 10 il və 300 terabayta qədər problemsiz istifadə zəmanəti verir.
Yüksək keyfiyyətdə SSD-lərə tələbatın hər gün artdığını qeyd edən Samsung, yeni SSD-lərini 50 ölkədə satışa çıxarıb.
Şərh yoxdur