

Samsung elə təzəcə öz yeni Galaxy smartfonunu, G9198`i Çində alıcıya təqdim edib. Bu telefon haqqında maraqlı olan isə odur ki, telefonun Samsungun Galaxy seriyasından olmasına baxmayaraq, "kərpic” tipli digər telefonlar kimi düz yox, qatlanan bir telefon olmasıdır. Qeyd edək ki, bu telefon Samsungun düzəltdiyi ilk qatlanan telefon deyil. Samsungun keçən ay Koreada satışa buraxdığı Galaxy Folder də bu tipli telefon idi.
Qatlanan Velosiped: FUBi fixie!
Ancaq Koreyada buraxılan nisbətən ucuz qardaşından fərqli olaraq, bu telefon güclü və göz oxşayan xarakteristikalarla gəlir. Samsung G9198`də qapağın həm içəri həm xarici tərəfində 2 ədəd 3.9 İnch 768p əl ilə işləyən ekran, arxa tərəfdə 16 qabaq tərəfdə 5 meqapiksellik kameralar, 2GB Ram, 2020 mAh batareya, LTE, dual sim dəstəyi və ürək döyüntüsünü ölçən qurğu kimi imkanlar var.
Halbuki belə telefonları sevənlər üçün bədbəxtlikdir ki, bu telefonun Çin xaricində də satışa təqdim ediləcəyi haqqında heç bir xəbər yoxdur. Bəs siz belə bir telefon almaq istəyərdinizmi?
Şərh yoxdur