Samsung\'un Android 6.0 yenilənməsini alacaq cihazların tarixi bəlli oldu!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Samsung istifadəçilərinin uzun zamandır gözlədiyi Android 6.0 yenilənməsi barədə yol xəritəsi nəhayət göründü. Avqust ayında ilk olaraq Nexus cihazlar üçün yayımlanan Android 6.0 Marshmallow yenilənməsini firmalar tərəfindən hələ ki, yalnız LG G4 üçün yayımlandığını gördük. Bundan başqa HTC, Sony və Motorola cəbhəsindən də yenilənmə ilə bağlı rəsmi önəmli açıqlamalar gəldi.
Android 6.0 yenilənməsinə dair bu günə qədər səssiz qalan Samsung'un mediyaya sızan xəritəsinə görə bu yenilənməni ilk olaraq flaqman modellər Galaxy Note 5 və Galaxy S6 Edge+ dekabrda alacaq.
Bir aydan sonra isə 2016-cı ilin yanvarında Android 6.0 yenilənməsini Galaxy S6 və Galaxy S6 Edge modelləri alacaq. Samsung Galaxy Note 4 və Note Edge üçün yeniləməni fevral ayında yayımlayacaq.
Siyahının 1-ci səhifəsində Android 6.0 yenilənməsini almağı gözləyən iki cihaz görürük. Galaxy S5 və Galaxy Alpha Marshmallow yenilənməsini alacaq, amma hələ ki təsdiq olunmanı gözləyir. Bu cihazlara Android 6.0 yenilənməsinin veriləcəyi dəqiq deyil, amma təxmin olunur ki, mart-aprel aylarında bu mümkün ola bilər.
Aşağıda həmin cədvəllə tanış olun:
Android 6.0 yol xəritəsinin ikinci səhifəsində isə giriş və orta səviyyəli telefonları görürük. Galaxy A3, Galaxy A5, Galaxy A7, Galaxy A8, Galaxy E5 və Galaxy E7 üçün də güncəlləmənin təsdiq olunması gözlənilir. Bu telefonların da yenilənməni nə vaxt alacağı dəqiq deyil. Ancaq Samsung'un 2016-nın ilk yarısına qədər siyahıdakı telefonlar üçün Android 6.0 yenilənməsini başlatması gözlənilir.
Son olaraq da bunu xatırladaq ki, Samsung'un mobil cihazlar üçün yayımladığı yenilik hər ölkəyə görə dəyişir. Buna görə də rəsmi update əgər dekabrda açıqlanırsa, bu, bizim ölkəmizdə 2016-cı ildən başlaya bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!