Samsung 'un Android 6.0 yenilənməsini alacaq cihazların tarixi bəlli oldu!

Samsung 'un Android 6.0 yenilənməsini alacaq cihazların tarixi bəlli oldu!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Samsung istifadəçilərinin uzun zamandır gözlədiyi Android 6.0 yenilənməsi barədə yol xəritəsi nəhayət göründü. Avqust ayında ilk olaraq Nexus cihazlar üçün yayımlanan Android 6.0 Marshmallow yenilənməsini firmalar tərəfindən hələ ki, yalnız LG G4 üçün yayımlandığını gördük. Bundan başqa HTC, Sony və Motorola cəbhəsindən də yenilənmə ilə bağlı rəsmi önəmli açıqlamalar gəldi.
Android 6.0 yenilənməsinə dair bu günə qədər səssiz qalan Samsung\'un mediyaya sızan xəritəsinə görə bu yenilənməni ilk olaraq flaqman modellər Galaxy Note 5Galaxy S6 Edge+ dekabrda alacaq.
1447598681_marshmallow-6.0-update-660x365.jpg 
Bir aydan sonra isə 2016-cı ilin yanvarında Android 6.0 yenilənməsini Galaxy S6Galaxy S6 Edge modelləri alacaq. Samsung Galaxy Note 4Note Edge üçün yeniləməni fevral ayında yayımlayacaq.
Siyahının 1-ci səhifəsində Android 6.0 yenilənməsini almağı gözləyən iki cihaz görürük. Galaxy S5Galaxy Alpha Marshmallow yenilənməsini alacaq, amma hələ ki təsdiq olunmanı gözləyir. Bu cihazlara Android 6.0 yenilənməsinin veriləcəyi dəqiq deyil, amma təxmin olunur ki, mart-aprel aylarında bu mümkün ola bilər.
Aşağıda həmin cədvəllə tanış olun:
1447597721_sammi.png
Android 6.0 yol xəritəsinin ikinci səhifəsində isə giriş və orta səviyyəli telefonları görürük. Galaxy A3, Galaxy A5, Galaxy A7, Galaxy A8, Galaxy E5 və Galaxy E7 üçün də güncəlləmənin təsdiq olunması gözlənilir. Bu telefonların da yenilənməni nə vaxt alacağı dəqiq deyil. Ancaq Samsung\'un 2016-nın ilk yarısına qədər siyahıdakı telefonlar üçün Android 6.0 yenilənməsini başlatması gözlənilir.
Son olaraq da bunu xatırladaq ki, Samsung\'un mobil cihazlar üçün yayımladığı yenilik hər ölkəyə görə dəyişir. Buna görə də rəsmi update əgər dekabrda açıqlanırsa, bu, bizim ölkəmizdə 2016-cı ildən başlaya bilər.
 
 
 
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək.

Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qə..


HTC, iki yeni smartfon istehsal edəcək.

Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını is..


Ən bahalı 44 domen adı.

Sözün hər mənasında internet bizim gələcəyimizi inşa edir. Şirkətlər yarananda ilk əvvəl öz web..


Galaxy Note 7-nin EDGE olmayan versiyası SAMSUNG-un rəsmi saytında göründü...

Samsung-un Avqust ayında təqdim edəcəyi yeni Galaxy Note 7 üçün geriyə sayım başladı. İndiy..


PS4 Neo bu il satışa çıxarıla bilər

Sony-nin yeni 4K dəstəkli oyun konsolu olan PS4 Neo, E3 2016 tədbirində təqdim olunmasa da başqa mən..


Samsung Galaxy A9 Pro-nun beynəlxalq modeli tezliklə təqdim oluna bilər.

Samsung-un SM-A910F seriyalı Galaxy A9 Pro smartfonunun beynəlxalq model olduğu haqqında xəbə..

×