main-post-cover

    "Samsung"un Galaxy Note 7 telefonları təhlükəli maddələr siyahısına daxil edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung”un çoxlu söz-söhbətlərə səbəb olmuş partlama xəbərlərindən sonra Note 7 cihazlarını toplayarkən təhlükəli maddə daşıma icazəsi alması media tərəfindən maraqla qarşılanıb.

    "Samsung" artıq yenilənmiş Note 7 telefonlarını istifadəçilərə təqdim edib. Amma Amerikada yenilənmiş Note 7 seriyalı modelin partlaması insanlarda bu cihaza qarşı yenidən mənfi rəylərin formalaşmasına səbəb olub. Təəssüf ki, hələ ki, "Samsung" şirkəti partlama ilə əlaqədar hər hansı açıqlama verməyib.
    Xatırlatmaq yerinə düşər ki, "Samsung” bir müddət əvvəl partlama ehtimalı olan Galaxy Note 7 telefonlarını toplamış və yenidən araşdırılması üçün Samsung SDI batareya mərkəzinə göndərilmişdi. Samsung bu müddətdə topladığı cihazları daşımaq üçün Amerika Birləşmiş Ştatları Çatdırılma Nazirliyindən "Təhlükəli maddə daşıma icazəsi” alıb.
    Hətta bir çox reklam və GTA V kimi oyunlarda da bomba əvəzinə Note 7 istifadə olunması şirkətin imicinə ciddi ziyan vurmuş və Amerika höküməti tərəfindən də təhlükəli maddə olaraq qəbul olunmağa başlamışdır.

    "Samsung”un "Təhlükəli maddə daşıma icazəsi” alması Note 7-lərin "Yanıcı və partlayıcı maddə” kateqoriyasına daxil edilməsinin əyani göstəricisi hesab oluna bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər