main-post-cover

    Samsung\'un möhtəşəm layihəsi artıq reallaşır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung, keçən il arxasında ekran yer alan yük maşını konseptini insanların önünə çıxarmış və böyük kütlədən təqdir almışdı. İndi isə bundan ilhamlanaraq həmin konsepti reallaşdırmaq üçün işə başlayıb. Samsung’un bu layihəsi arxasında ekran yer alan bir dorse üzərinə qurulur. Yük maşınının önünə bağlanan kameralar ilə arxadakı ekrana anlıq görüntü verilir və beləcə, yük maşınını ötmək istəyən digər maşınlar bundan istifadə edərək təhlükəsiz manevra edə biləcəklər. Minlərlə manevra qəzasının qarşısını ala biləcək bu sistemi reallaşdırmaq üçün Helvetica SA və Volvo Trucks Argentina ilə ortaqlığa gedən Samsung, rəsmi olaraq verdiyi məlumata görə qarşımızdakı ay Argentinada testlərə başlayacaq və təxminən 1 il ərzinə qəzalar barədə yoxlamalar edəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər