main-post-cover

    "Samsung"un qapaqlı telefon modeli rəsmi olaraq təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung”un bir müddətdir üzərində çalışdığı Galaxy Folder 2 rəsmən tanıdıldı

    "Samsung"un bir vaxtlar xüsusi yer verdiyi qapaqlı modellər, Galaxy Folder seriyası ilə yenidən sevənlərinə təqdim olunub. Bir müddətdir hər kəsin səbirsizliklə gözlədiyi bu model artıq rəsmən təqdim olunub.

    Galaxy Folder 2-nin xüsusiyyətləri

    Standart Samsung dizaynını əvvəlki modellərin qapaqlı dizaynını ilə birləşdirən şirkət yeni telefonunda orta seqmentə yer verib. Gücünü 1.4 GHz sürətində Snapdragon 425 prosessorundan alan Galaxy Folder 2 modeli 2 GB RAM-a sahibdir. 16 GB daxili depolamanın yer verildiyi modeldə microSD kart seçimi də yer alıb. 3.8 inç böyüklüyündə WVGA keyfiyyətinə sahib olan modelin arxa kamerası 8MP təşkil edir. Təəssüf ki, bu modeldə ön kameraya yer verilməyib. Android 6.0.1 Marshmallow ilə işləyən cihaz 1.950 Ma batareyaya sahibdir. Bundan əlavə cihaz 160qram ağırlıqda olub, 122 x 60.2 x 15.4mm ölçüyə sahibdir. Galaxy Folder 2-nin nə zaman satışa çıxacağı və qiyməti haqda hələki rəsmi məlumat yoxdur.
    Linki kopyala