
"Samsung”un klassik telefon sevənlərə xitabən hazırladığı Galaxy Folder 2 telefonunun şəkilləri internetdə paylaşıldı.
Hazırda
geniş ekranlı, yüksək performanslı telefonlar dəb halını almışkən, bundan bir
müddət əvvəl qapaqlı telefonlar çox insan tərəfindən sevilirdi. O vaxtlar gənclərin də sevdiyi bu qapaqlı
modellər, artıq yerini geniş ekranlara təhvil verməsinə baxmayaraq, günümüzdədə
orta yaşlı istifadəçilər tərəfindən sevilməyə davam edir. Hələ də bu tərz
telefonlara üstünlük verən, yeni telefonlara alışa bilməyən şəxslər üçün
qapaqlı telefon istehsal etməyə davam edən "Samsung”, Folder adını verdiyi bu
modeli yeniləyir.
Yuxarıda
görə biləcəyiniz kimi yaxşı görkəmli olacaq Galaxy Folder 2, FCC-dən təsdiq
alarkən 2.000 mAh batareyaya sahib olacağı ortaya çıxmışdı. Təxminlərə görə 3.8
inç ekran, 1.4 GHz-lik Quallcomm prosessor, 2GB RAM və 8GB yaddaş sahəsinə
malik olacaq olan Samsung Galaxy Folder 2, 8MP arxa və 5MP ön kameraya sahib
olacaq.
Galaxy Note 20-nin güman olunan fotosu ortaya çıxıb
Android 6.0.1 Marshmallow əməliyyat sistemini istifadə edəcək cihazda, microSD kart istifadəsi də mümkün olacaq. Təxminən 250 Dollar kimi olduqca uyğun qiymətə satışa çıxarılacağı düşünülən telefon, hər yaşdan smartfon istifadəçilərinin diqqətini cəlb edə biləcək kimi görünür.