Samsung\'un yeni yaddaş dəstəyi inqilab yarada bilər
UFS adı verilən texnologiya, telefonlara kompüterdəki qədər geniş yaddaş həcmi gətirir.
Ağıllı telefonlarda 128 GB yaddaş həcmi hal hazırda mövcuddur. Ancaq Samsung bunu bir addım irəliyə aparmağa hazırlaşır. Yeni Universal Flash Storage 2.0 yəni UFS standardı V-NAND texnologiyasından istifadə edir.
Saniyədə 45.000 oxuma və 40.000 yazma (IOPS) bacarığına malik bu texnologiya ilə 256 GB yaddaş həcminə çatmaq mümkündür. Saniyədə 850 MB oxuyan, 260 MB yaza bilən yeni yaddaş çipləri yüksək səviyyəli micro SD kartlardan üç qat daha effektli işləyəcək. 90 dəqiqəlik 1080p videonun çipə əlavə olunması təxmini 12 saniye çəkir. UFS\'lərin bu funksiyaları sayəsində mobil cihazlarda 4K video çəkmək və izləmək çox rahat olacaq. Həmçinin bu texnologiya USB 3.0 teknologiyası ilə də uyğun olacaq.
Hal-hazırda istehsal prosesi davam edən bu çiplərin hansı cihazlarda olacağını isə zaman göstərəcək.
Şərh yoxdur