
Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar.
İxtira olunmuş yeni texnologiya kimyada, fizikada
və biologiyada baş verən sürətli prosesləri lentə almağa yardımçı olacaq. Çəkilişin
yeni qaydası, 200 femtosaniyə (1 saniyənin kvadrillionda bir hissəsi) ərzində
baş vermiş hadisəni qeyd etməyə imkan verəcək. Femtosaniyəni adi saniyə kimi əks
etdirəndə, 0.00000000000002 saniyə alınır. Bu göstərici, adi insan gözü üçün
real olmayandır. İsveçli alimlər, bir karda bir neçə təsvirin
kodlaşdırılmasının əsasında yeni alqoritm hazırlayıblar. Çəkilməsi nəzərdə
tutulmuş obyektə lazer impulsları göndərilir. Hər bir impuls isə öz unikal
koduna sahib olur. İmpulslar obyektdən lazımi mənbəyə müəyyən ardıcıllıqlarla əks
olunur. Daha sonra həmin siqnallar bir faylda yığılır və kompüterdəki xüsusi
açar vasitəsilə aktiv edilir. Sözügedən texnologiya, Frequency Recognition
Algorithm for Multiple Exposures (FRAME) adını alıb. Alimlər artıq sürətli
kameranın ilk prototipini hazırlayıblar. Onların proqnozlarına əsasən 2 ildən
sonra bu cür kamera bütün alimlər üçün təqdim olunacaq.
Linki kopyala
Həftənin xəbərləri

