main-post-cover

    Saqqız, iPhone 6s, Jelibon, Coca Cola bir qazanda qaynasa nə baş verər?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məşhur TechRax qrupu bu dəfə iPhone 6s-in qaynama testini edib.

     

    Məqsədləri hələ də məlum olmayan TechRax qrupu bu dəfə iPhone 6s-i Jelibon, saqqız və Coca Cola ilə bir qazanda qaynadıb. Həmişə çılğın testləri ilə seçilən bu komanda artıq test etmək üçün nə telefon tapır nə də test üsulu. Əlacsızlıqdan ağıllarına gələni edən bu uşaqlar görünən odur ki, işlərindən yaxşı pul qazanırlar. Hər halda etdikləri mənasız testlər hamı tərəfindən yaxşı qarşılanmasa da bir xeyli izlənir. Yeni telefon çıxar çıxmaz bir qazan tapıb qaynadan TechRax üzvləri bu dəfə yenə məzlum iPhone 6s-i hədəf alıblar. Bir qazanın içinə əllərinə nə keçdi atarmış kimi saqqız, jelibon, coca cola bir də ən əsas ədviyyatları olan İphone 6s-i atıb qaynadan TechRax komandası nəticə ilə izləyiciləri tanış edib. Bir müddət qaynamadan sonra tam yeməli vəziyyətə gələn şirin İphone 6s-i izləməyi sizin ixtiyarınıza buraxırıq.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər