Mark Zuckerberg\'in telefonunda Facebook\'un bizdə olmayan sarı versiyası var.
Yaxın günlərdə Mark Zuckerberg canlı yayım funksiyasını təqdim edərkən cihazında Facebook proqramının tərkibində onun üçün xüsusi hazırlanmış bölmələr olan görüntü videoya düşmüşdü. Bu versiya indiyə qədər heç bir istifadəçiyə təklif olunmayıb və normal proqramdan çox fərqlənir. Aşağıdakı görüntüdə Mark Zuckerberg canlı yayım funksiyasını təqdim etdikdə menyuya daxil olur və qarşımıza belə bölmə çıxır.
Menyuda bir çox funksiyalar yer alıb. Musiqidən tutmuş GİF\'lərə qədər. Bu haqda isə rəsmi məlumat verilməyib. Amma qeyd olunur ki, bu proqramın yeni versiyasıdır və hal hazırda test edilir. Beta testerlər tərəfindən isə yoxlanılır. Bir müddət sonra digər bütün istifadəçilər üçün də təqdim olunacaq. Amma bununla biz görürük ki, Facebook öz proqramında bir neçə platformanı birləşdirərək yeni vahid qlobal platforma yaratmaq fikrindədir. Görək, irəliləyən günlərdə nələr olacaq?
Şərh yoxdur